Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rus milyonerdən Şuşada təxribat dolu BƏYANATLAR

Rus milyonerdən Şuşada təxribat dolu BƏYANATLAR

“Mən meşədə sakit bir həyat yaşayırdım. Heç kimlə də işim yox idi. Bacardığım qədər Rusiya prezidenti Vladimir Putini dəstəkləyirdim”.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadə xəbər verir ki, bunu Şuşada keçirdiyi mətbuat konfransında Rusiyanın məşhur biznesmenlərindən biri olan German Sterliqov deyib.

İş adamı bildirib ki, müəllifi olduğu “Adəmdən Putinə qədər” kitabının nəşrindən sonra ona qarşı təzyiqlər başlayıb.

“Bu kitabdan sonra hakimiyyətdəki dostlarım məndən üz döndərdilər. Çox insan məndən uzaqlaşdı. Məndən küsənlər əvvəlcə ünvanıma təhdidlər səsləndirdilər. Sonra isə cəhd etdilər ki, övladımı oğurlasınlar. Lakin bütün bunlar hələ kiçik hücumlar sayılırdı”

O həmçinin bildirib ki, separatçı Dağlıq Qarabağ “Respublikası”nın iqtisadi inkişafı üçün planları mövcuddur.

“Burada qızıl və gümüş dram dövriyyəyə buraxmaq lazımdır. Bununla yanaşı, ekoloji offşor da yaratmaq vacibdir. Bunu həyata keçirmək üçün birinci şərt qızılın olmasıdır.

Digər tərəfdən isə bilirsiniz ki, bura tanınmamış respublikadır. Erməni diasporu var və onlar qızıl, gümüş dramdan daxili mübadilə üçün istifadə edə bilər.

Mən təklif edirəm ki, Qarabağda plastik paketlər və butulkaların istehsalın son qoyulsun. Çünki Təbii yuyucu vasitələrə keçmək lazımdır. İlk növbədə isə bildirirəm ki, indidədn Qarabağdan Rusiyaya ərzaq malları göndərilsin”- deyə sərsəmləyib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın