Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Qətərlə Səudiyyə rəsmiləri arasında əlbəyaxa dava olub

Qətərlə Səudiyyə rəsmiləri arasında əlbəyaxa dava olub

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının Küveytdə keçirilən iclasında Qətər ilə Səudiyyə Ərəbistanının nümayəndələri arasında əlbəyaxa dava düşüb.

Səudiyyə Ərəbistanının nümayəndəsi çıxışı zamanı Qətəri nalayiq sözlərlə təhqir edib. Qətər nümayəndələri isə cavab verərək ayağa qalxıblar və bundan sonra əlbəyaxa dava başlayıb.

İclasın təhlükəsizliyini təmin edən mühafizəçilərin müdaxiləsindən sonra əlbəyaxa davaya son qoyulub. Hər iki dövlətin nümayəndə heyətinin bir yerdə olması problem yaratdığı üçün iclas dayandırılıb və başqa vaxta keçirilib.

Əlbəyaxa dava sosial şəbəkələrdə də yayılıb. (AzərTAc)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın