Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Biləsuvarın DYP rəisi tutduğu vəzifədən azad edilib

Biləsuvarın DYP rəisi tutduğu vəzifədən azad edilib

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifəsindən azad edilib.

“Report”un yerli bürosunun məlumatına görə, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu vəzifələrə qədər Füzuli, Cəbrayıl və Biləsuvar rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın