Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Putin ölkənin iqtisadi inkişafını necə gördüyünü açıqladı

Putin ölkənin iqtisadi inkişafını necə gördüyünü açıqladı

Rusiyanın iqtisadi inkişaf planları realistik olmalı və insanların maraqlarını əks etdirməlidirlər. Sputnik Azərbaycan-ın məlumatına gör, Rusiya prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib.

“Ölkənin iqtisadi inkişaf planları aydın və realistik olmalı, hazırkı və gələcək çağırışlara düzgün cavab verməli, insanların maraqlarını və dövlət, işgüzar dairələr, vətəndaş cəmiyyəti institutlarının baxışlarının vəhdətini əks etdirməlidirlər” — deyə dövlət başçısı iqtisadi məsələlərə dair müşavirədə vurğulayıb.

Putin bildirib ki, hökumətin 2017-2025-ci illər üçün fəaliyyət planı ölkə iqtisadiyyatının inkişafının uzunmüddətli strategiyası baxımından əsas sənəddir.

Prezidentin sözlərinə görə, əsas diqqəti işgüzar mühitin yaxşılaşdırılmasına, iqtisadiyyatın rəqabətədavamlılığının artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə yönəltmək lazımdır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın