Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prokuror deputat Sayadovun yaxasından əl çəkmir: ”Azərbaycana qaçacaq”

Prokuror deputat Sayadovun yaxasından əl çəkmir: ”Azərbaycana qaçacaq”

Rusiyanın Komi Respublikasının Uxta şəhər prokurorluğu azərbaycanlı biznesmen, yerli sovetin deputatı və “Uxtaneftegeologiya” şirkətinin keçmiş direktoru Akif Sayadovun yenidən həbs edilməsində israr edir.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bir neçə həftə əvvəl məhkəmənin qərarı ilə girov qarşılığında azadlığa buraxılan Sayadovun barəsində qərardan prokurorun verdiyi protest üzrə bu gün məhkəmə iclası keçirilib. Prokuror məhkəməyə təqdim etdiyi vəsadətdə bildirib ki, Akif Sayadov azadlıqda qalacağı halda istintaqdan yayınacaq.

Prokurorun bildirdiyinə görə, Sayadov dəfələrlə yaxın ətrafına bildirib ki, girov əvəzində azadlığa buraxılsa vətəni Azərbaycana qaçacaq. Məhkəmə isə ittiham tərəfinin qaldırdığı vəsadətin baxılması üçün əlavə dəlillər istəyib. Növbəti iclas iyunun 2-nə təyin edilib.

Akif Sayadov ötən il direktoru olduğu dövlət şirkətinin vəsaitlərini mənimsəmək, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunmuşdu. Lakin Komidəki azərbaycanlı diasporunun rəhbərlərindən olan Sayadov bildirir ki, onun həbsinin arxasında Komi prokurorluğunun sifarişi dayanır. Akif Sayadov onkoloji xəstədir və təcridxanada səhhətinin ağırlaşdığını bildirir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın