Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentlik üçün 70 yaş senzi ləğv edildi

Prezidentlik üçün 70 yaş senzi ləğv edildi

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Türkmənistanda prezidentlik müddəti də 5 ildən 7 ilə qaldırılıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın