Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentdən Rusiya açıqlaması: Ağıllarını itiriblər

Prezidentdən Rusiya açıqlaması: Ağıllarını itiriblər

Ukraynanı rus dünyasının bir hissəsi hesab edənlər ağıllarını itiriblər.

Axar.az “112Ukrayna”-ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa Birliyi ilə vizasız rejimin ləğvi sadəcə sərhəd keçidinin sadələşdirilməsi deyil, eyni zamanda xüsusi mahiyyət kəsb edən hadisədir:

“Avropaya doğru atılmış bu nəhəng addım, insan azadlığını və dövlət müstəqilliyimizi təsdiq edir”.

Qeyd edək ki, bundan öncə Poroşenko Ukraynanın Avropa Birliyindən vizasız rejim əldə etməklə Rusiya imperiyasından boşanmasının rəsmiləşdirdiyini bildirmişdi.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın