“Son günlər pomidorun qiyməti əsas müzakirə mövzusudur. İyul ayını
hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək Xaçmaz, Şəmkir,
Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən
evlərə qış tədarükü başlasın, digər tərəfdən insanlar yayın bürküsündə
pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar”.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, iyulun onuncu gününü yaşasaqda hələ açıq sahə pomidoru bazarlara çıxmayıb.
“Səbəb?
Bu ilki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar,
məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit
keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı
üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz
mövsümündə tumlu meyə ağaclarının potensial məhsuldarlığa çatmasına
imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa
çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü.
İyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlili deməyə əsas
verir ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi
təsir göstərməkdədir. İstehsal təqviminə görə, temperaturun yüksəlməsi,
şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun
ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun
əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara
girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il
zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat
mövsümünə qismən yekun vursalarda açıq sahədə əkilmiş bostanlarda
məhsul vaxtında yetişməyib”.
Ekpsret bildirib ki, istilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir.
“Artıq
iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı
yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir. Dünən əsas
tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə
yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə
temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ
gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük
başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal
məhsulların yığımına başlayıb, oda ki, “yavaş-yavaş”. Fermerlər deyirlər
ki, tez,orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində
ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər baş
çatmalı idi, lakin hələ yığımı yenicə başlayb. Məntiqi olaraq istehsalda
təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı
qiymətlərə öz təsirini göstərib. Lakin iqlimdəki qeyri-stabillik
düzələrsə ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq
və bununlada bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaqdır”.
N.Nəsirli
qeyd edib ki, prosesin fonunda ixrac amilini də unutmaq olmaz. O, əlavə
edib ki, ötən ildən başlayaraq yaxın və uzaq qonşu ölkələrdə
meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə, təlabat dinamik
artmaqdadır:
“Təbii
ki, bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına
təlabatı artırır. İqtisadi İslahatların təhlili və Kommunikasiya
Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin
yanvar-aprel aylarında Rusiyaya ilə ixrac 135 milyon dollar təşkil
etmişdisə bu il 164 milyon dollara yüksəlib. Və burada meyvə-tərəvəz
xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon
dollarlıq qeyri-neft məhsulları göndərilmişdisə bu ilin aprelində 49
milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli
yüksəlib, ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48
milyon dollara qalxıb. Məsələni yalnız meyvə-tərəvəz məhsulları üzərinə
fokuslasaq, 2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq
meyvə-tərəvəz göndərilmişdisə bu ilin eyni dövründə 34% artaraq 149
milyon dollara yüksəlib. Rəqəmləri xüsusiləşdirsək, 2018-ci ilin
yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan
sonra pomidor üçüncü olub. 2018-ci ilin yanvar-aprelində 42 milyon
dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49
milyon dollara təşkil edib.
Ötən
ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin
aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu
ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı
ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib.
Rəqəmlərə
əsasən, pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır.
2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal
edilmişdisə, 2017-ci ildə əkin sahəsi azalsada (21 min 331 ha)
məhsuldarlıq hektardan 16 sentinerə yüksəlib və nəticədə 624 min ton
pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq
yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir.
Əhalinin bu məhsul üzrə illik təlabatı 400- 470 min ton təşkil edir ki,
yerli istehsal bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə,
adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir
vərəndaş ildə 50 kq – dan artıq pomidor istehlak etmir”.
Həmçinin oxuyun
Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …