Azərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan birinin
Meliorasiya və Su Təsərrüfatı ASC olması hər kəsə bəllidir. İllərdi
dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük
bir hissəsinin mənimsənilməi göz qabağındadır. Bu barədə faktlar da
ortalıqdadır. Və uzun illərdir ki, bu faktlar ortalıqda durmaqdadır. Son
olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC
rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoymuş
oldu.
O da heç
kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin
rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya
çevriliblər. Əlbəttə ki milyonçuya çevrilən bu idarə müdirləri dövlət
büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara
çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə
müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları
mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə
qurumda idarə müdirlərinə havadarlıq edən ayrı-ayrı iri çaplı məmurlar
əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin vitse prezidentləri və
Aparat rəhbərliyi səviyyəsində hayata keçirilir. ASC-nin Aparat rəhbəri
Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas
“kuratorlardan” biridir. C.Məmmədov haqda məlumatlara keçməzdən öncə
cumhuriyyet.az oxuculara qısa olaraq onun tərcümeyi halını təqdim edir:
1949-cu ildə Tovuz rayonunda anadan olub.
1970-ci
ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının
planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin
institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını alıb.
1968-1970-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
1970-1972-ci
illərdə Bakı Baş tikinti idarəsində çilingər; 1972-1976-cı illərdə
Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində
mühəndis-iqtisadçı, böyük iqtisadçı;
1976-1986-cı
illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat
Komitəsində böyük mühəndis-iqtisadçı, şöbə rəisi, Baş idarəsinin rəisi;
1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Baş
idarənin rəis müavini, rəisin birinci müavini, Baş idarənin rəisi;
1989-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş İdarənin rəisi;
1992-1993-cü
ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin
«Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində
sədrin birinci müavini, sədri;
1993-1997-ci
illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini və
«Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyinin
sədri;
1997-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vvəzifələrində çalışıb.
2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.
1978-ci
ildə “Sosializm yarısının qalibi” medalı, 1982-ci ildə “Şərəf Nişanı”
ordeni və 2016-cı ildə “Tərəqqi medalı” ilə təltif olunub.
1992-ci
ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində
“Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı”
mövzusunda iqtisad elmləri namizədi dərəcəsini müdafiə edib.
1994-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında müəllim işləyib.
Aqrar
sənaye kompleksinin idarə edilməsi, təkminləşdirilməsi, inkişafı və
prespektivləri barədə çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri,
monoqrafiya və elmi əsərləri var. Aqrar sahədə mövcud vəziyyət və onun
gələcək inkişafı mövzusunda keçirilən beynəlxalq konfranslarda,
seminarlarda və formlarda çoxsaylı məruzələrlə çıxış edib.
Qeyd
edək ki, Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə
müdirlərinə himayədarlıq edir. Bu rayonlar isə Tovuz, Qazax, Ağstafa,
Şəmkir, Göygöl, Samux və digər rayonlar olduğu bildiriilir. Mediada yer
alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Cahan Məmmədov
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionu ilə bağlı “xaç atası”
olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahib biri kimi tanınır. Cahan
Məmmədovun da öz şefi Əhməd Əhmədzadə kimi ölkədə və ölkə xaricində
biznes şəbəkəsi olduğu da vurğulanır. Qeyd edək ki, Tovuz Rayon icra
başçısı (el arasında zəhər Mamed kimi tanınan) Məmməd Məmmədov Cahan
Məmmədovun qadaşıdır.
Aparat
rəhbəri Cahan Məmmədov qurumun daxilində fəaliyyət göstərən “yardımçı
təsərrüfat”ların gəlirlərini mənimsəyir. Qeyd edək ki, hələ sovet
dönəmindən Meliorasiya və Su Təsərrüafatının nəzdində bütün rayonlarda
“yardımçı təsərrüfat”lar fəaliyyət göstərib. Həmin “yardımçı
təsərrüfat”larda iri və xırda buynuzlu heyvanlar bəslənilib, eyni
zamanda əkin sahələrində kənd təsərrüfatı malları istehsal olunub. Əldə
olunan məhsul daha ucuz qiymətlə Meliorasiya və Su Təsərrüafatının
rayonlardakı idarələrinin fəhlələrinə qiymətə satılıb. Müstəqillik
illərindən sonra isə bu “yardımçı təsərrüfat”lar idarə müdirlərinin
“mülkiyyətinə” çevrilib və faktiki olaraq on hektarlarla əkin sahələri
və böyük heyvandarlıq kompleksləri olan bu təsərrüfatlarda idarə
müdirlərinin şəxsi “mülkü” kimi idarə olunub. Bununla bağlı pia.az-da
yayımlanan məlumata görə Cahan Məmmədov son bir neçə il müddətində bütün
rayonlarda “yardımçı təsərrüfat”ları öz nəzarəti altına alıb. Artıq
həmin təsərrüfatların gəlirləri ASC-nin rayon idarə müdirləri ilə Aparat
Rəhbəri arasında bölünür. Daha doğrusu gəlirin böyük bir hissəsi Cahan
Məmmədovun cibinə axır.
İddilara
əsasən Cahan Məmmədovun adamları hər il bütün ölkə üzrə bazarlara
minlərlə, bəlkə də on minlərnə qoyun-quzu çıxartdaraq satdırır. Formal
olaraq isə bazarlarda satılan qoyun quzuların çox kiçik bir qismi
sənədləşdirilərək müxtəlif işlərin görülməsi adı altında silinir.
Məlumata görə Cahan Məmmədovun Tovuzda böyük təsərrüfatı var. İddiaya
əsasən bu təsərrüfatdakı qoyun quzuların əksəriyyəti həmin “yardımçı
təsərrüfat”lardan gətirilib.
Qarşı tərəfin mövaeyini dərc etməyə hazırıq…
Ana səhifə / Aktual / Əhmədzadə qara işləri ona həvalə edib… – Dünənə qədər kölgədə qalmağı bacaran Cahan Məmmədov…
Həmçinin oxuyun
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …