Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / PKK 21 hərbçini öldürüb, əsir alınanlar var

PKK 21 hərbçini öldürüb, əsir alınanlar var

PKK-nın ötən gün Hakkari vilayətinin Dağlıca bölgəsində təşkil etdiyi bombalı hücumdan sonra Türkiyə Baş Qərargahının rəsmi məlumat yaymamasının səbəbi bəlli olub. Axar.az xəbər verir ki, “Sözcü” qəzetinin əldə etdiyi məlumata görə, bəzi əsgərlərin itkin düşməsi Baş Qərargahın dəqiq açıqlama yaymasını gecikdirir. İddialara görə, terrorçular 21 əsgəri öldürüb, itkin düşən hərbçilər isə əsir alınıb. Qeyd edək ki, terrorçular ötən gün Dağlıcada bombalı hücum təşkil edib. “Röyter” agentliyi hərbi mənbələrinə istinadən 16 hərbçinin şəhid olduğunu yazıb. Türkiyə Baş Qərargahı isə ölən və yaralanan əsgərlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın