Ana səhifə / Siyasət / İsmayıl Ağayev Tahir Kərimov mövzusuna aydınlıq gətirdi

İsmayıl Ağayev Tahir Kərimov mövzusuna aydınlıq gətirdi

Azinforum.az xəbər verir ki, deputatlığa namizəd olacağı ilə bağlı açıqlama verdikdən sonra, bəzi KİV-lərdə Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev barəsində tənqidi materiallar yer alıb.  Həmin xəbərlərdə iddia edilir ki, güya İsmayıl Ağayev Salyanın icra başçısı Tahir Kərimovun kadrı kimi rayonda peyda olub və onu Salyanla bağlayan heç nə yoxdur. Azinforum.az yazılanlara aydınlıq gətirmək üçün, BDM rəhbəri ilə əlaqə saxlayıb. İsmayıl Ağayev deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini  irəli sürməsinə dair deyilənlər həqiqətdir:

” Əslən Dərələyəz mahalındanam, Salyan rayonun Qarabağlar kəndi də mənə doğmadır. Çünki atam, anam və qohum-əqrabam uzun müddətdir ki, orada yaşayır. Bu üzdən, 60 saylı seçki dairəsindən namizədliyimi irəli sürməyə qərar vermişəm. Məhz bu ərəfədə mənim və rəhbəri olduğum BDM haqqında gedən əssasız məlumatları tirajlayan KİV-lər qınayıram.  Çünki reallıq budur ki, onların yazdığı kimi, millət vəkilini Rayon İcra Hakimiyyəti başçısı deyil, xalq seçir. Rəhbəri olduğum BDM yarandığı gündən erməni diasporasının riyakar təbliğatına qarşı daim mücadilədə olub. İstər ölkə daxilində, istərsə də xarici dövlətlərdə bu istiqamətdə apardığımız məqsədyönlü təbliğat və təşviqat işlərimiz ictimaiətimiz tərəfindən rəğbətlə qarşılanıb və daim mediada işıqlanıb.
Düşünürəm ki, bizim uğurlu işlərimizə kölgə salmaq istəyən şəxslər Azərbaycanı sevməyənlərdir.
Bu şəxslərə tövsyiyə edərdim ki, rəhbəri olduğum BDM-nin uğurlu fəaliyyətini və imza atdığımız nailiyyətlərimizi həzm etsinlər”.

ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın