Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / “Paşa Sığorta” Azərbaycanın daha bir peykini sığortaladı

“Paşa Sığorta” Azərbaycanın daha bir peykini sığortaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (01.02.2023 – 01.02.2024) “Azerspace-1” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 946 min 500 manat ödəyəcək. “Azerspace-1” peykinin dəyəri 80 milyon dollara (136 milyon manat) bərabərdir.
Onu da qeyd edək ki, 2022-ci ilin dekabr ayında “Paşa Sığorta” ASC “Azərkosmos”un keçirdiyi daha bir tenderin qalibi olub. “Paşa Sığorta” bir il müddətində (2023-cü il) “Azersky” peykinin sığortalanması xidmətlərini də həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 517 min 900 manat ödəyəcək. “Azersky” peykinin dəyəri isə 24,3 milyon avroya (43,7 milyon manat) bərabərdir.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın 2 rabitə peyki (“Azerspace-1” və “Azerspace-2”) və 1 müşahidə peyki (“Azersky”) var.
Onu da bildirək ki, “Azerspace-1” və “Azersky”ı sığortalayan “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub. Yeniavaz.com

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …