Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / “Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır”

“Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır”

Nəqliyyatda gediş haqqının 10 qəpik, yəni 33% artması əhalinin cibindən ilə 200 mln. manat artıq pul çıxmamasına səbəb olacaq.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“Hökumət 2022-ci ildə təriflədiyi “ƏDV-ni geri al” proqramı ilə əhaliyə nə qədər pul qaytarmışdı? Bəli, 190 mln. manat. Deməli hökumət ödədiyi həmin 190 mln. geri alır, hələ üzərində də 10 mln. manat “faizini” də camaatın cibindən çıxarır.
Seçkidən, seçicidən, vətəndaşdan asılı olmayan hökumət camaata havayı 1 qəpik də verməz – bunu unutmayaq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …