Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Pakistanda Hindistan filmlərinə qadağa

Pakistanda Hindistan filmlərinə qadağa

Pakistanda iri kinoteatrlar, ordu ilə həmrəylik əlaməti olaraq, Hindistan filmlərinin nümayişini qadağan edib.

Qadağa ölkənin ən böyük şəhərlərində, Kəraçi, Lahor və paytaxt İslamabadda qüvvədədir.

Kioneatrlar filmləri ən azı bir neçə həftə nümayiş etdirməyəcəklər. Qadağanın müddəti Pakistanla Hindistan arasında əlaqələrin normallaşmasınadək uzadıla bilər.

Kinoteatr sahibləri maliyyə itkilərilə üzləşəcəklərini etiraf edirlər.

Bu qərardan bir gün əvvəl Hindistanda kino istehsalatçılarının birliyi bildirib ki, pakistanlı aktyorlara Bollivudda işləməyi qadağan edir.

Pakistanda Hindistan filmləri odluqca populyardır.

Pakistanla Hindistan arasında münasibətlər Kəşmir münaqişəsi ətrafında qızışan mübahisəyə görə yenidən gərginləşib.

Ötən ay bölgədəki Hindistan hərbçilərinə hücum 18 əsgərin ölümü ilə nəticələnmişdi.

Hindistan hücuma görə Pakistanı təqsirləndirib. İslamabad hadisəyə aidiyyatı olmadığını bildirir.

Cümə günü Pakistan sərhədinə yaxın Hindistan kəndlərinin sakinləri evlərini tərk edib bölgədən uzaqlaşmağa başlayıblar.(BBC)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın