Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Pərviz Salihovun  “OPTİMAL” nəzəriyyəsi

Pərviz Salihovun  “OPTİMAL” nəzəriyyəsi

Hamınıza məlumdur ki, dünyada yaranmış nizamsızlıq özünün pik nöqtəsinə çatmaqdadır. O da məlumdur ki, dünyanın problemlərini tənzimləyəcək nə quruluş, nə ölkə, nə şəxs yoxdur. Bunu hamı bildiyi halda elə bir ölkə başçısı, elə bir səlahiyyət sahibi yoxdur ki, (gəlin dünyanı həqərəsindən çıxaran problemləri öyrənək və tənzimlənməsi istiqamətində işlər görək) demiş olsun. Bu münvalla,  hara gedirik -sualını  dilə gətirən adam yoxdur. Dilə gətirilən söz ondan ibarətdir ki, hamı günahı başqasında görür. Sanki, bütün səlahiyyət sahibləri üzərlərinə düşən məsuliyyəti vicdanla, ağılla, ədalətlə həyata keçirirlər. Belədirsə, bəs günahkar kimdir…

per
Bütün bu kimi suallara cavab axtarandan sonra belə qərara gəldim ki, həlli vacib olan, cavabının tapılması zəruri olan və s. məsələlər sıralansın və birlikdə düşünək. (Bu mənada mən öz düşündüklərimi sıralayıram və inanıram ki, qlobal səviyyədə düşünənlər də öz fikirlərini bildirmiş olacaqlar. )
Düşünürəm ki, məntiqli dünya yaransın deyə kifayət qədər düşüncələr, ideyalar, təkliflər irəli sürülə bilər. Amma elə təlkiflərlə çıxış etmək lazımdır ki, həllini həyata keçirmək yaranmış vəziyyətdə mümkün olsun. Bu səbəbdən də, hələlik,  o təkliflərlə çıxış etməyi vacib bildim ki, həyata keçiriləcəyi təqdirdə dünyada sabitlik təmin edilmiş olsun.
Suallara cavab tapmazdan əvvəl gəlin bu günə qədər bəşər övladının kəşf etdiyi müsbət halları sıralayaq:

1. DEMOKRATİK ŞƏRAİT.

2. RƏQABƏT MÜHİTİ.

Müxtəlif quruluşlar tətbiq edilməsinə baxmayaraq artıq insan zəkası dərk edib ki, (əsasən) bu iki hal nəzərə alınmadan bəşəriyyətin inkişafına və adalətin təmin edilməsinə nail olmaq mümkün deyil. Əsasən bu iki hal anlanıldığı və hamı tərəfindən etiraf edildiyi halda qarşımıza sual qoyaq: Problem nədir ki, nail olunması müşkülə çevrilib… Çox düşündükdən sonra son qənaətim belə oldu ki, halların tətbiqinə əngəllər yaradan mövcud quruluşların (idarəçilik sistemlərinin) zamanın tələbinə cavab verməməsidir. Belə vacib məsələlərin həlli barəsində düşünmək əvəzinə (rus-türk problemi və s.) baş vemiş münaqişələr barəsində o dərəcədə düşünülür ki, san ki, həlli yolu tapılacağı təqdirdə bütün problemlər həllini tapmış olacaq.
(haşiyə) Bəli. Rus bilərəkdən türkün bostanına taş atdı və məqsədi dünyanı qarışdırmaq oldu-istəyinə nail oldu da. Rus bununla demiş oldu ki, ya dünya məhv olmalıdır, ya da buyurun: gəlin birlikdə düşünək və çıxış yollarını müzakirə edək. Təbii ki, dünyanın inkişaf etmiş ölkələri tərəfindən mühasirəyə alınmış Rusiyanın başqa çıxış yolu qalmamışdı. Bəs rusu buna təhrik edən səbəb nə idi… Baxın…bu sualıa cavab tapılmayana qədər rus iddiasından geri çəkilən deyil və Ona zor tətbiq edilsə dünyanın sonu ola bilər. (Mövzu xüsusi təhlil tələb etdiyindən üstündə dayanmağa lüzum görmədim.)
Qeyd edildiyi kimi… cavabı tapılası suallar çoxdur. (Onu da deyim ki, hazırlanan OPTİMAL nəzəriyyəsi əksər sualların cavabını özündə ehtiva etdirib.) Cavabı tapılmalı olan ən aktual sual aşağadakılardan ibarətdir:
1. Dünyanı məhvərindən çıxarmaqda olan kapitalist sistemindən necə imtina etməli və həmin sistemi hansı sistemlə və necə əvəz etmək ki, şəxsi mənafelər toxunulmaz olaraq qalsın.

2. Demokratikləşməkdə çətinliklərlə üzləşmiş ölkələrdə hası siyasəti necə həyata keçirmək ki, hakimiyyəti və onların ətrafdakılarını qane etmiş olsun. Ki, demokratik islahatların həyata keçirilməsinə maneələr törətmiş olmasınlar…
Dünyada (hələlik) sabitliyə nail olunsun deyə sadalananlar cari hesab edilməlidir və tez bir zamanda həllini tapmalıdır. Əks təqdirdə dünya məhvə sürüklənir və III dünya müharibəsi labüdləşməkdədir. (Bir daha qeyd etməyi özümə borc bildim deyim ki, sadalanan və sadalanmayan problemlərin həlli üçün tərəddüd keçirməyə lüzum görülməməlidir o mənada ki, “OPTİMAL” nəzəriyyəsi bütün suallara çavab tapıb.)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın