Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat azadlığa çıxıb

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat azadlığa çıxıb

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb.

“Report” “Ferqane”yə istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.

İnformasiyaya əsasən, ötən gün həbs müddəti başa çadığı üçün o,azadlığa çıxıb.

Samandar Kukanov 1945-ci ildə Cizak vilayətinin Feriş rayonunda doğulub. 1989-cu ildə ölkənin indiki baş naziri Şavkat Mirziyoyevlə birlikdə eyni çağırışda Özbəkistan Ali Sovetinə deputat seçilib. Kukanov 1992-ci ildə iqtisadi cinayətlərdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulub. O, müxalifətdə olan “Ərk” Partiyasını maliyyələşdirməkdə ittiham edilib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın