Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Oğlan uşaqlarına təcavüz edən kişi həbsxanada intihar etdi – Foto

Oğlan uşaqlarına təcavüz edən kişi həbsxanada intihar etdi – Foto

Türkiyənin Adana şəhərində 9-13 yaş arası oğlan uşaqlarına təcavüz etdiyi üçün tutulan Salih Bolat həbsxanada intihar edib.
 
Musavat.com-un məlumatına görə, dekabrın 15-i, səhər saatlarında alt paltarı ilə özünü asan 56 yaşlı Salih Bolatın ölümü ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, sentyabr ayında polisə Adana şəhərinin Dənizli məhəlləsində tək yaşayan 56 yaşlı kişinin azyaşlı uşaqları aldadaraq evə gətirib zorladığı barədə məlumat daxil olub. Dərhal hərəkətə keçən polis Salih Bolatın evini nəzarətə götürüb. Onun evinə çox sayda oğlan uşaqlarının girib-çıxdığını görən polislər araşdırmanı daha da dərinləşdirdikdə məlum olub ki, o, uşaqları motosikletə mindirmə, üzmə öyrətmə bəhanəsiylə aldadaraq evinə çağırıb, burada onlara təcavüz edirmiş.
Əməliyyat təşkil edən polislər oğlan uşaqlarının olduğu vaxt evə basqın edib. Salih Bolat tutularaq polis idarəsinə gətirilib. Şübhəlinin kompüterini araşdıran polislər yüzlərlə uşağın çılpaq şəkillərinə və videolarına rast gəliblər. Məlum olub ki, Salih Bolat uşaqlara təcavüz edərkən onların videosunu da çəkirmiş və eyni zamanda uşaqları bir-biri ilə cinsi əlaqəyə məcbur edirmiş.
Haqqında 5 ayrı iddia qaldırıldığı bildirilən Salih Bolatın cəsədi tibbi ekspertizaya aparılıb.
 
FOTO: SOZCU

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın