Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Obamadan Putin və Rusiyaya ittiham, Ukraynaya dəstək, Trampa isə məsləhət – Son mətbuat konfransı

Obamadan Putin və Rusiyaya ittiham, Ukraynaya dəstək, Trampa isə məsləhət – Son mətbuat konfransı

“Rusiyaya qarşı məhdudiyyət tədbirləri rəsmi Moskvanın Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün tətbiq edilib”.
Bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.
Bununla belə, Obama Rusiya ilə konstruktiv münasibətlərin tərəfdarı olduğunu bildirib: “Düşünürəm ki, ABŞ və bütün dünya Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Ukrayna arasında da möhkəm əlaqələri bərpa etmək mümkün olacaq. İki ölkənin tarixən geniş mədəni və sosial bağları var”.
Obama həmçinin deyib ki, prezidentliyi dövründə Rusiyanın dünya birliyinin mühüm üzvü olmasına cəhd edib: “Lakin Vladimir Putin hakimiyyətə yenidən qayıtdıqdan sonra Rusiya ABŞ-a qarşı qərəzli münasibət nümayiş etdirməyə başladı”.
Çıxışı zamanı Barak Obama ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasına inandırmağa çağırıb.
APA

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın