ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvi etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, FOX telekanalına müsahibəsində Obama ən böyük səhvi kimi 2011-ci ildə Liviya lideri Müammar Qəddafinin devrilməsindən sonrakı dövr üçün heç bir plan qurmamasını göstərib: “Liviyaya müdaxilədən sonra daha çox şey edə bilərdik”.
Prezidentliyi dövründə əldə etdiyi ən böyük uğur kim isə Obama 2008-ci ildə ölkəsini iqtisadi böhrandan çıxarmaq olduğunu göstərib.
Prezidentliyinin ən gözəl günü isə “Obamacare” adlanan səhiyyə islahatlarını qəbul etdiyi gün olub. Dövlət başçısı ən pis gün kimi 2012-ci ildə orta məktəblərdən birində baş verən qətliamdan sonra həmin bölgəyə etdiyi səfəri göstərib.
Həmçinin oxuyun
Turist sayı nəyin hesabına artır?
Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …