Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Obama Ağ Evdə Trampı salamlayır – yeni prezident etiraz aksiyaları ilə qarşılanır

Obama Ağ Evdə Trampı salamlayır – yeni prezident etiraz aksiyaları ilə qarşılanır

Cənab Obama bir müdət əvvəl cənab Trampın ofisə “uyğun olmadığını” desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyir.
Cənab Obama bir müdət əvvəl cənab Trampın ofisə “uyğun olmadığını” desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyir
ABŞ prezidenti Barak Obama hakimiyyəti varisi Donald Trampa ötürməyə hazırdır.
Cənab Tramp xanım Klinton üzərində sürpriz qələbəsindən sonra ABŞ-ın sayca 45-ci prezidenti olacaq.
Cənab Obama bir müdət əvvəl cənab Trampın ofisə “uyğun olmadığını” desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyib.
Trump-a qarşı olan yüzlərlə etirazçı nümayiş keçirib
Cənab Obamanın birliyə və xanım Klintonun tərəfdarlarına cənab Trampa “liderlik üçün şans verilməlidir” deməsinə baxmayaraq, onun qələbəsi bir çox ştatlarda etirazların yaranmasına səbəb olub.
Çərşənbə günü axşamı, Nyu-Yorkda yüzlərlə Trampa qarşı olan etirazçılar üzərində “Mənim prezidentim deyilsən!” yazılan şüarları ilə Trump Tower-ə tərəf irəliləyib.
Etiraz nümayişi San Fransisko da daxil olmaqla bir neçə ştatda keçirilib
Etiraz nümayişi San-Fransisko da daxil olmaqla bir neçə ştatda keçirilib
Polislər cənab Trampın hakimiyyətə keçidi zamanı baş qərargahı olacağı düşünülən hündürmərtəbəli binanın qarşısına beton maneələr düzüb və digər təhlükəzilik tədbirləri görüblər.
Yayılan məlumatlara görə, çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Çiikagoda yerləşən Trump Tower-ə girişi bağlayıb və “Tramp yox, KKK yox, faşist ABŞ-a yox” və “Mənim prezidentim deyil!” şüarları səsləndiriblər.
Məlumatda bildirilir ki, Oklend, Kaliforniya, Portland və Oreqon ştatlarında etirazçılar Amerika bayrağını yandırıb.
Çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Chicago-da yerləşən Trump Tower-ə girişi bağlayıb
Özünün qələbə nitqində cənab Tramp vəd edib ki, qalmaqallı kampaniyadan sonra “parçalanan yaraları bağlayacaq” və “bütün amerikalıların prezidenti olacaq”.
Ağ Ev sözçüsü Coş Örnest deyib ki, cənab Obama varisi ilə çox səmimi görüşəcək və əlavə edib: “Mən demirəm ki, bu asan bir görüş olacaq.”
Yeni seçilən prezident cümə axşamı günü Ağ Evə xanımı Melania ilə birlikdə təşrif buyuracaq və o, birinci xanım Mişel Obama ilə görüşəcək.
Qələbə münasibətilə cənab Trampı telefonla təbrik edən prezident Obama deyib ki, onlar arasında böyük fərqlərin olması “sirr deyildi”.
O əlavə edib ki, “biz ölkə üçün ən yaxşı olanı istəyirik” (BBC).

Həmçinin oxuyun

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?

Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox …

Bir cavab yazın