Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Nazir Şaxta Baba oldu –Fotolar

Nazir Şaxta Baba oldu –Fotolar

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Şaxta baba geyimində uşaqları təbrik edib.
Bu barədə nazir öz feysbuk hesabında məlumat paylaşıb. Şaxta baba libası geyinən Kaladze nazirlik əməkdaşları ilə birgə Tbilisi küçələrində uşaqlara hədiyyələr verib, fotolar çəkdirib.
O, “Biz uşaqları sevindirdik. Mən də balaca olanda nağıllara və möcüzələrə inanırdım. Elə ki, bir az böyüdüm möcüzələrin yalnız nağıllarda olduğunu anladım. Bir az da böyüdükdən sonra isə öz nağılımı yaratmaq qərarına gəldim”,-deyib.(Qafqazinfo)
Nazir Şaxta Baba oldu  -  Fotolar

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın