Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Müharibəyə saatlar qaldı: Şərq qaynayır

Müharibəyə saatlar qaldı: Şərq qaynayır

Şimali Koreya demilitarizasiya olunmuş zonaya özünün 76,2 millimetrlik haubitsalarını yerləşdirib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Renxap” agentliyi yayıb.

 

Agentliyin məlumatına görə, Cənubi Koreya Pxenyan əsgərlərinin hərəkət istiqamətlərini pilotsuz aparatlar vasitəsilə öyrənib.

 

Dünən mətbuat Şimali Koreyanın “Skad” və “Nodon” raketlərini hazırlıq vəziyyətinə gətirdiyi haqqında məlumat yaymışdı.

 

Bu gün axşam Pxenyanın Seula səsgücləndiricilərin sərhəddən yığışdırılması ilə bağlı verdiyi 48 saatlıq müddət başa çatır. Cənubi Koreya bu tələbi yerinə yetirməyəcəyi halda Şimali Koreya onların hər birini məhv edəcəyini bildirib. Seul isə Şimali Koreyaya qarşı psixoloji savaşdan əl çəkmək niyyətində olmadığını deyib.

 

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın