Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Moskvada erməni iş adamı 3 milyon dollar borcuna görə öldürülüb

Moskvada erməni iş adamı 3 milyon dollar borcuna görə öldürülüb

Rusiya paytaxtında erməni iş adamı öldürülüb.

APA-nın “mk.ru” saytına istinadən verdiyi məlumata görə, Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. İş adamına “Makarov” tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.

Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisi olub. İş adamları sonradan yollarını ayırsalar da, A. Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.

Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın