Cümə , İyul 19 2019
Ana səhifə / İqtisadiyyat / Milyardları var, amma necə xərcləyəcəklərini bilmirlər

Milyardları var, amma necə xərcləyəcəklərini bilmirlər

Dünya varlıları nəyə, nə qədər pul xərcləyir?- İlginc siyahı və fotolar

Milyarderlərin həyat tərzi hər zaman maraq mövzusu olub. Bəziləri gözlərdən uzaq qalmağı seçdikləri halda, çoxu da qəribə xərcləmələrini bütün dünyaya nümayiş etdirməyi sevirlər.
Musavat.com Türkiyə mətbuatına istinadən əli milyardlarla oynayan insanların pul xərclədikləri sahələr barədə yazır.

PLASTİK CƏRRAHLARA 4 MİLYON, DİETOLOQA 547 MİN DOLLAR XƏRCLƏYİR

Milyarderlerin sıra dışı harcamaları

Öncə Coselin Vildenştayndan başlayaq. O, dünya milyarderləri arasında böyük nüfuza malikdir. 1999-cu ilə qədər milyarder iş adamı Ales Vildenştayn ilə evil qalan 76 yaşlı sosyetik məşhur estetik cərrahiyyəyə olan marağı ilə tanınır. Amma qeyri-peşəkar plastik cərrahiyyə əməliyyatlarına xərclədiyi pul 4 milyon dollara yaxındır. Onun dietoloq məsrəfi isə 547 min dollardır.

Keçək Bill Geytsə. Təxminən 85 milyard dollarlıq sərvəti ilə o da dünyanın ən varlı adamıdır. İnkişaf etməmiş ölkələrdəki xəstəliklərin müalicəsi üçün qurduqları vəqfə hər il 3 milyard dollar ayırır. Amma olduqca maraqlı şəxsi zövqləri də var.

Milyarderlerin sıra dışı harcamaları

O, Leonardo da Vinçiyə aid olan elmi gündəliklərin ən məşhuru olan Codex Leicester’ı 1994-cü ildə 30.8 milyon dollar satın almışdı. Geyts gündəliyi digital olaraq da nümayiş etdirir.

Milyarderlerin sıra dışı harcamaları
Da Vinci gündəliyinin əsli isə Bill Geytsin 120 milyon dollarlıq evindədir. Yüksək texnoloji sensirlarla qorunan evin sənətsəl daxili dekoru tək bir tuşla dəyişə bilir, amma lüks bununla məhdudlaşmayıb. 6 mətbəx, 24 hamam, 23 qaraj, su altı musiqi sistemi və qumla düzəldilmiş bir çimərlik də mövcuddur.

MOTOSİKLETİN ÜSTÜNÜ SVAROVSKİ KRİSTALLARI İLƏ ÖRTÜB

 

Səudiyyə krallığı ailəsinin üzvü olan Əl Vəlid bin Talal eyni zamanda bir iş adamı və sərvəti 17 milyard dollardır. Məşhur sima bəzən ilginc xərcləri ilə gündəmə gəlir.

Milyarderlerin sıra dışı harcamaları
4.8 milyon dollar verdiyi Ducati motosikletin üstünü başdan-ayağa Svarovski kristalları və almasları ilə örtülüb. İctimaiyyətə açıq və təhlükəli yollarda istifadə etdiyi hələ görülməyib.

Milyarderlerin sıra dışı harcamaları
Əl Velid bin Talal qələbəlik gəzintilərini isə Fransız Airbus şirkətinin istehsal etdiyi 400 milyon dollarlıq və 800 nəfərlik A380 təyyarəsi ilə gerçəkləşdirir. Təyyarənin daxili dizaynına xərclədiyi 100 milyon dollarla birlikdə havada yarım milyard dollarla uçur.

BU DA BÖCƏKLƏR ÜÇÜN 1 MİLYON DOLLAR ÖDƏYİB

Milyarderlerin sıra dışı harcamaları

Deyvid Rockefeller keçdiyimiz günlərdə 102 yaşında həyatını itirmişdi. Dünyaya istiqamət verən varlılardan biri olan Rockefellerin mirası arasında ilginc bir kolleksiya da var.

Milyarderlerin sıra dışı harcamaları

Təbiətdəki nadir böcəklərə qarşısı alınmaz bir marağı olan Rockefellerin tək bir tur üçün 1 milyon dollardan keçdiyi bilinir. Kolleksiyanın toplam dəyəri bilinmir, ancaq milyonlaca dollar olduğu dəqiqdir.

Oracle-ın qurucusu və rəhbəri Larri Ellison 62 milyard dollarlıq sərvəti lə dünyanın ən varlı 7-ci adamı statusundadır.

Milyarderlerin sıra dışı harcamaları

72 yaşındakı iş adamı 20 milyon dollarlıq evinin arxasındakı tennis kortu və hovuza enmək üçün özəl olaraq bir litftdən istifadə edir.
Ellison eyni zamanda Havay adalarındə yerləşən Lanai Adasını da 500 milyon dolara satın almışdı. Hətta qonaqlarını daşıması üçün IslandAir’in böyük hissəsini də öz sərvətinə qatmışdı.

 

GÖBƏLƏYƏ 330 MİN DOLLAR ÖDƏYƏN VARLI

Milyarderlerin sıra dışı harcamaları

95 yaşındakı Honq Konqlu iş adamı Stanley Ho manşetlərə 4 evliliyi və 16 uşağı ilə gəlsə də, təxminən 2 milyard dollar sərvəti və qumarxanaları ilə tanınır.
Honun ən böyük hobbiləri arasıda trüfel göbələkləri var. Məsələn, o, 1.5 kiloqramlıq ağ trüfel göbələkləri üçün 330 min dollar ödəmişdi.

Milyarderlerin sıra dışı harcamaları

GÖRMƏMİŞİN QIZI OLUB – MİLYON DOLLARLIQ HƏDİYYƏLƏR ALIB

Milyarderlerin sıra dışı harcamaları

Cosef Lau isə Ho ilə müqayidəsə 7 dəfə daha varlıdır və adı tez-tez kiçik qızı Josefin üçün aldığı cəvaahirlərlə manşetlərə çıxır.
Əmlak kralı ilk olaraq 2009-cu ildə yeni doğan qızına Josefinin Ulduzu adını verdiyi 9 milyon dollarlıq bir brilyant almışdı. Daha sonra 16.08 karatlık çəhrayı bir almasa “Şirin Josefin” adını verərək 28.5 milyon dollar ödəyib.

Milyarderlerin sıra dışı harcamaları
Launun qızına aldığı son oyuncaq isə 7-ci yaşının ad günündə yenə mavi bir almaz olub. 48.4 milyon dollar ödədiyi 13.08 karatlık cəvahirə isə “Josefinin Mavi Ayı” adını layiq görüb.

Milyarderlerin sıra dışı harcamaları

Bruney Sultanı Hassanal Bolkiah Mu’izzaddin Waddaulahın sərvəti tam olaraq bilinmir, amma kral ailəsinin 150 milyard dolları aşan bir varlığı olduğu təxmin ediir.

Milyarderlerin sıra dışı harcamaları

70 yaşındakı Sultan içərisində yarış meydanının olduğu Disneylanda bənzər bu tematik parka 3 milyard dollar xərcləyib və 1994-cü ildə xalqa açıq elan edib. Bir bölümü isə gözlənən marağı görmədiyi üçün satışa çıxarılıb.

Milyarderlerin sıra dışı harcamaları

Teslanın qurucusu və CEO’su olan Elon Musk dövrümüzün dahiləri arasında göstərilir. 18 milyard dollarlıq sərvəti ilə kosmosa belə investisiya qoyan Musk klassiklərdən ilham almağı da unutmur.

Milyarderlerin sıra dışı harcamaları

O, bir neçə il öncə Ceyms Bond filmlərinin unudulmaz parçalarından olan “1976 Lotus Esprit”i 886 min dollar qarşılığında satın almışdı.

Milyarderlerin sıra dışı harcamaları

SƏNƏTƏ MİLYONLAR QOYANLAR

Milyarderlerin sıra dışı harcamaları

Çinli iş adamı Liu Yiqian təxminən 1.5 milyard dollarlıq sərvəti ilə sənətə investisiya qoyur. O, əlindəki 500 il yaşı olan stəkana 20 milyon sterlinq ödəmişdi.

Liu Yiqianın ən səs gətirən xərcləməsi isə Amedeo Modilyaninin bu şəklinə 170 milyon dollar ödəmək oldu. O, pulunu da kredit kartı ilə ödədi.

Kosmetika nəhəngi Estee Lauder və 3.4 milyard dollarlıq sərvətin sahibi Ronald Lauder də tablolara və sənətə qoyduğu investisiyalarla tanınırlar.

Milyarderlerin sıra dışı harcamaları

Dünya Yəhudi Konqresi rəhbəri olan Lauder, Gustav Klimtin məşhur tablosuna 135 milyon dollar ödemişdi. Kolleksiyasına qoyduğu ümumi xərc isə 650 milyon dollardır.

12 milyard dollarlıq sərvəti ilə Stiv Kohen d əsənət əsərləri xərclədiyi böyük məsrəflərlə tanınır. Evinə asdığı Amerikan bayrağı adlı tabloya 137.5 milyon dolar ödəmişdi.

Milyarderlerin sıra dışı harcamaları

Milton Verret də ötən ilin ən yardımsevər iş adamı seçilən bir qızıl taciridir. O da şəxsi zövqlərinə görə xeyli vəsait ödəyir.
Belə ki, o, Maykl Ceksonun əfsanə mahnısı “Thriller”in klibində geyindiyi pencək üçün tam 1.8 milyon dollar ödəmişdi.

Milyarderlerin sıra dışı harcamaları

Microsoftun qurucu ortaqlarından olan Paul Allen də təxminən 20 milyard dollarlıq bir sərvətə sahibdir.

Milyarderlerin sıra dışı harcamaları

Paul Allenin ən böyük hobbisi isə təyyarələrdir. Xüsusən ikinci dünya müharibəsi zamanı istifadə olunan təyyarələrlə oynamaq onun ən böyük zövqü. Onun kolleksiyasında tam 20 təyyarə var. Bu təyyarənin dəyəri isə milyonlarla dollarla ölçülür.

Milyarderlerin sıra dışı harcamaları

ABŞ prezidenti Donald Tramp əmlak kralı olduğu zamanlarda qeyri-adi xərcləmələri ilə diqqəti cəlb edən bir iş adamı idi. Məsələn, o, Trump Force One isimli 43 oturacaqlı, Rolls Royce motorlarına sahib təyyarə üçün zamanında 100 milyon dollar ödəmişdi.

Milyarderlerin sıra dışı harcamaları

Həmçinin oxuyun

Yeni üzüm bağları salınacaq, idxal azalacaq

Azərbaycanda yerli üzüm sortlarının yeni biotexnoloji üsullarla çoxaldılmasına başlanılacaq. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, …

Bir cavab yazın