Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Milli valyutada olan əmanətlər 26,9 faiz artıb

Milli valyutada olan əmanətlər 26,9 faiz artıb

Sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.

Sentyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,87 (1,91) manata, 100 rus rubluna 2,62 (2,61) manata bərabər olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …