Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Mediadan uzaq düşən Zurufçudan XƏBƏR VAR

Mediadan uzaq düşən Zurufçudan XƏBƏR VAR

Yaqub Zurufçu Almaniyaya gedir. Azərbaycanın Əməkdar artisti Avropada baş tutacaq tur konsertlərinə hazırlaşır.

Bu barədə hafta.az-a son bir neçə aydır mediada görünməyən sevilən müğənninin özü məlumat verib. Yaqub Zurufçu deyib ki, belə konsertlər artıq  ənənə halını alıb.  Əməkdar artistimiz konsertlərin uğurla keçəcəyinə böyük ümid bəslədiyini deyib:

 

“Pərəstişkarlarımla görüş  Almaniyanın ən böyük şəhərlərində – Duseldorf, Hamburq və Kölndə baş tutacaq. Konsertin təşkilati işləri ilə mənim Avropa menecerim və orada böyük konsertlərin təşkilatçısı olan şirkət məşğul olur. Birinci konsertimiz aprel ayının 14-də Kölndə, 15-də Hamburqda, 16-da isə Frangfurt şəhərlərində gerçəkləşəcək. Mən Almaniyada yaşayan o taylı-bu taylı həmvətənlərimizi, əsl musiqisevərləri, öz konsertimə dəvət edirəm”.

Qeyd edək ki, bu il 60 yaşı tamam olacaq müğənni Təbrizdə doğulub. 2009-cu ildə Azərbaycan vətəndaşlığı alıb. Elə həmin il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın