Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Martın 20-də Türkiyədə daha müdhiş teraktlar törədilə bilər – XƏBƏRDARLIQ

Martın 20-də Türkiyədə daha müdhiş teraktlar törədilə bilər – XƏBƏRDARLIQ

Son beş ayda Türkiyənin paytaxtı Ankarada törədilən 3-cü dəhşətli terror aktından sonra siyasi dairələrdə və ictimaiyyət arasında bu terror aktlarının davam edəcəyinə dair əndişələr var. 
Türkiyədə yaşayan dostlardan biri bu xüsusda öz narahatlığını ifadə edən status paylaşaraq,cəmiyyəti diqqətli olmağa çağırıb.
Onun sosial şəbəkədə paylaşdığı qeydlərdə bildirilir:
Bir çox mənbədən əldə olunan bilgilərə görə, PKK, PYD və solçu terror təşkilatları martın 20-də Türkiyəni qan gölünə çevirəcək böyük bir aksiyaya hazırlaşırlar. Asayiş və təhlükəsizlik xidmətləri PKK/KCK və PYD/YPG üzvü olan terrorçuların “fədai” tipli aksiyalarda istifadə etməyi planlaşdırdığı 20 bombalı maşını təsbit edib. Elan edilən terror xəbərdarlığında xüsusiləd ə hakim AKP-nin təşkilat binaları, TBMM, hərbi hissələr, diplomatik korpuslar, turistik yerlər, hava limanları, həssas bölgələr, alış-veriş mərkəzləri, meydanlar, ictimai nəqliyyat vasitələri, mitinq meydanları, ibadət yerləri, metro stansiyaları, ictimai binalar, polis və hərbi məntəqələrdə ola biləcək bir hücuma qarşı hazırlıq olmaq istənilir. Novruz bayramı öncəsi etiraz və nümayişlərin artması, bunlara yönəlik təhlükəsizlik tədbirlərinin də gücləndirilməsi gözlənilir.
Ona görə də:
 Toplaşmaların olduğu hər yerdən uzaq durun;
 Hədəf ola biləcək yerlərdən (hökümət təsisləri, səfirliklər, ticarət mərkəzləri kimi) uzaq durun;
 Səfərlərinizi bu həftə üçün edilən xəbərdarlıqlara uyğun olaraq dəyişdirin;
 Ailənizi durumdan xəbərdar edin.
Daha sonra İsa Yaşar Tezəl ola biləcək terror aktında istifadə olunmaq üçün nəzərdə tutulan avtomobillərin nömrələrini, markalarını və digər xüsusiyyətlərini paylaşıb:
– 47 KH 022 (Gri-Renault Laguna)
– 35 GA 0275 (Gri-Chevrolet Cruze)
– 58 DT 292 (Beyaz-Toyota Corolla)
– 47 PT 757 (Kırmızı-Renault Lb)
– 47 PZ 682 (Beyaz-Fiat)
– 47 PD 470 (Gri-Citroen)
– 47 KN 119 (Beyaz-131 Şahin)
– 47 PE 884 (Sarı-Renault Megane)
– 47 PZ 404 (Gümüş-Toyota Corolla)
– 21 NC 976 (Yeşil-Dacia Sd)
– 21 FS 487 (Beyaz-Renault Europa Alize)
– 33 TV 016 (Yeşil-Tofaş Doğan)
– 21 EA 749 (Beyaz-Renault 12 TSW)
– 47 NE 046 (Beyaz-Ford Connect)
– 47 NK 534 (Siyah-Hyundai Gİ20)
– 47 NN 986 (Beyaz-Ford Connect)
– 47 NA 152 (Kırmızı-Peugeot Partner)
– 63 ES 151 (Renault Fluence)
– 34 SM 236 (Siyah-Opel Astra)
– 47 KJ 163 (Renault-Laguna)
Bu xəbərdarlıq bu günlərdə Türkiyəyə səfər edəcək minlərlə Azərbaycan vətəndaşı üçün də keçərlidir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın