Türkiyədə FETÖ-nü maliyyələşdirməkdə ittiham olunan məşhur iş adamlarının əmlakı müsadirə olunub.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akfa Holding və holdingə bağlı olan 41 şirkətə qarşı keçirilən əməliyyat nəticəsində 41 nəfərin mal varlığı müsadirə edilib. Onların arasında Akfa Holding-in İdarə heyətinin sədri Fatih Aktaş, İhlas Holding-in keçmiş baş meneceri Cahit Paksoy və Fi Yapı-nın İdarə heyətinin sədri Fikret İnan da olub.
Anadolu Cümhuriyyət Baş Prokurorluğunda Akfa Holding və 44 alt şirkəti ilə bağlı aparılan istintaq işi çərçivəsində 39 nəfər həbs olunub.