Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / “LUKoil”un vitse-prezidentinin oğlunu cərimə edən polis əməkdaşları cəzalandırılacaqlar

“LUKoil”un vitse-prezidentinin oğlunu cərimə edən polis əməkdaşları cəzalandırılacaqlar

Moskva küçələrində «LUKoil» neft şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlunun və dostlarının olduğu avtomobili qovan və qayda pozucularını cərimə edən polis əməkdaşlarını cəzalandıra bilərlər.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya DİN Moskva şəhər İdarəsinin rəhbəri Anatoli Yakuninin fikrincə, bu cür qayda pozanları ən azı 15 sutkalıq həbs etmək lazım idi.

«Bu halda zəruri olan tədbiri görmədiklərinə və qayda pozucularını yalnız cərimə etdiklərinə görə həmin polis əməkdaşlarının barəsində xidməti yoxlama başlanacaq və onların inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll olunacaq», – Moskva polisinin mətbuat xidmətinin məlumatında belə deyilir.

Yakunin bildirib ki, yol hərəkəti iştirakçılarının həyatını təhlükə altına atan kobud qayda pozucuları ən azı 15 sutkalıq həbs cəzası almalıdırlar.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın