Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / İqtisadiyyat / Levon Ter-Petrosyan erməniləri “qul xalq” adlandırdı

Levon Ter-Petrosyan erməniləri “qul xalq” adlandırdı

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi” (EMK) müxalifət partiyasının lideri Levon Ter-Petrosyan erməni KİV-ində dərc edilmiş məqaləsində “həyəcanlı və təhlükəli seçkisonrası əhval-ruhiyyə” mövzusuna toxunub və erməni xalqını “qul” adlandırıb.

EMK lideri, hansı ki, Ermənistan Xalq Partiyası ilə blokda 2 aprel seçkilərində parlamentə keçmək üçün yetərli miqdarda səs yığa bilməyib, bildirib ki, səsvermənin nəticəsinə ən böyük təsiri seçicilərin pulla alınması göstərib.

Ter-Petrosyan eyni zamanda vurğulayıb ki, bu hadisədə kasıblaşmış xalq yox, hakimiyyət günahkardır.

EMK lideri hesab edir ki, Ermənistanda orta sinif məhv edilib. Onun sözlərinə görə, halbuki seçkilərin nəticəsini öz səsləri ilə məhz o müəyyən etməlidir.

Ter-Petrosyan öz məqaləsində Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub və bir daha vurğulayıb ki, hazırda danışıqlar masası üzərində olan həll qərarından yaxşı qərar olmayacaq.

Ter-Petrosyanı həm də o narahat edir ki, erməni KİV-ində və sosial şəbəkələrdə bəziləri Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi arasına pazlar vurmağa çalışırlar: “Bu, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin qızışdırılmasına yönəldilib. Bu qəbuledilməzdir. Mərhumiyyətlər, hansılara ki, ermənilər Qarabağdakı müharibəyə görə dözürdülər, qarabağlıların qınanılması üçün əsas deyil”. (Virtualaz.org)

Həmçinin oxuyun

“Nazirlik onları kimliyindən asılı olmayaraq çəzalandırılmalıdır” – Ekspert

““Relax” İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta …

Bir cavab yazın