Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Leninin sonuncu heykəli söküldü – FOTO

Leninin sonuncu heykəli söküldü – FOTO

SSRİ zamanı Ukraynada Leninin 5500 heykəli, büstü olub. 2017-ci ilə kimi heykəllərin çoxu sökülmüş, cəmi 1320-nin qaldığı bildirilirdi. Bu günlərdə rəsmi Kiyev Leninin Ukraynada sonuncu heykəlinin söküldüyünü elan etdi. İl ərzində 1320 heykəl demontaj olunub.
Dünya tarixində ən çox heykəlləri olan şəxslərdən biri və ya birincisi Lenin olub. Hətta Çində Maonun iki min heykəlindən indi 183- ü qalıb. Rus-sovet imperiyasının simvolu kimi dəyərləndirilən Lenin heykəlləri indi əsasən Rusiyada, qismən Qazaxıstan və Qırğızıstanda qalıb.
Azərbaycanda Leninin sonuncu heykəli Gədəbəy rayonunda malakan rusların yaşadığı bir kənddə, müstəqilliyin ikinci ilində sökülüb. Deyilənə görə yerli əhali heykəlin sökülməsinə imkan vermirmiş, azərbaycanlı kənd icra nümayəndəsi yağışlı, şimşəkli bir gecədə heykəli traktorla uçurur. Sabah açılanda camaata deyir ki, heykəli gecə ildırım vurub dağıdıb, daha düzələsi deyil və heykəlin qırıqlarını lafetə yükləyib zibilliyə atır…

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın