Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kadırov Ankaraya “barmaq silkələdi”: “Türkiyə hələ çox peşman olacaq”

Kadırov Ankaraya “barmaq silkələdi”: “Türkiyə hələ çox peşman olacaq”

Çeçenistanın rəhbəri Ramzan Kadırov bəyan edib ki, Türkiyə etdiyi hərəkətə görə peşman olacaq.

Oxu.az xəbər verir ki, o, bu barədə Suriyada Su-24 bombardmançısının vurulması barədə məlumatı şərh edərkən deyib.

“Mən zərrə qədər də şübhə etmirəm ki, Türkiyə etdiyi əməldən hələ çox peşman olacaq. Hər fürsətdə dostluq və əməkdaşlıqdan danışanlar belə məkrli hərəkət etmirlər”, – deyə Kadırov bildirib.

O bir daha bəyan edib ki, Çeçen Respublikası və bütün çeçen xalqı Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın