Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / İqtisadiyyat / İtaliya mətbuatı Bilal Ərdoğanın sirli qaçışından yazdı

İtaliya mətbuatı Bilal Ərdoğanın sirli qaçışından yazdı

İtaliya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğana öz səhifələrində geniş yer ayırıb.

Strateq.az BBC-yə istinadən xəbər verir ki, İtaliyanın bir neçə media orqanı Bilal Ərdoğanın bu ölkəyə qaçdığı ilə bağlı iddiaların nə dərəcədə həqiqət olduğuna aydınlıq gətirməyə çalışıb.

Türkiyənin «Cumhuriyet» qəzetinə və Fuat Avininin tvitlərinə istinadən edən İtaliya mediasında Bilal Ərdoğanın adı rüşvət iddiaları ilə qoşa çəkilib.

İtaliyanın rəsmi informasiya agentliyi ANSA xəbər verir ki, Bilal Ərdoğan Boloniyanın mərkəzində ev kirayələyib və ölkəyə təhsil üçün gəlib.

«Il Sole 24 Ore» qəzeti prezident oğlunun İtaliyaya gəlişini belə təsvir edib: «Xəyala belə, gəlməyən bir sürpriz baş verib. Türkiyədəki önəmli seçkilərə bir aydan az vaxt qaldığı bir dövrdə ölkə prezidentinin oğlu ölkəsini tərk edib və ailəsi ilə birlikdə Boloniyaya köçüb. Bu sensasion xəbər Türkiyə mediasında ortaya çıxıb. Mediada Bilal Ərdoğanın ölkədən qaçdığı ilə də bağlı iddialar var”.

Xəbəri «Kiçik Ərdoğan İtaliyaya köçdü» başlığı ilə tirajlayan «La Stampa» qəzeti Bilal Ərdoğanın adının ölkəsində rüşvət qalmaqalında hallandırıldığını xatırladıb.

«Bologna Today» qəzeti xəbəri «Rüşvətdə ittiham olunan Bilal Ərdoğanın mühakimə olunmaqdan qaçdığı bildirilir. Lakin özü bu xəbərləri yalanlayır» fikirləri ilə təqdim edib.

«Il Giornale d’Italia» portalı isə Bilal Ərdoğanla bağlı xəbəri «Kiçik Ərdoğan fırtınanın ortasında» başlığı ilə təqdim edib: «İtaliyaya qaçdığı təsdiqlənib. Ancaq bu qaçışın ölkəsində həbs olunmaq qorxusu ilə bağlı olub-olmadığını heç vaxt bilməyəcəyik. Əmin olduğumuz yeganə şey Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanın ailəsi ilə birlikdə İtaliyaya köçdüyüdür. Bu olduqca sirli bir qaçışdır və bunun üçün «mükəmməl» vaxt seçilib. Görəsən, Ərdoğan niyə illər əvvəl dondurduğu təhsilinə indi qayıdır?! Pis düşünmək günahdır, amma bu, çox vaxt doğru ehtimallar yaradır».

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın