Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İstanbulun Atatürk aeroportundakı atışma ilə bağlı 2 nəfər saxlanılıb

İstanbulun Atatürk aeroportundakı atışma ilə bağlı 2 nəfər saxlanılıb

İstanbulun Atatürk aeroportu binasının yanında atışma baş verib. Aeroporta aparan yollar müəyyən müddətə bağlanıb.
Virtualaz.org “Habertürk” telekanalına istinadən bildirir ki, motosikletlə hərəkətdə olan iki şəxs polisin dayanmaq əmrinə tabe olmayıb. Asayiş keşikçilərinin açdığı atəş nəticəsində bir nəfərin yaralandığı bildirilir. Hər iki şəxs saxlanılıb, onların üzərində silah və ya partladıcı qurğu aşkarlanmayıb.
BNO News isə İstanbul valisi Vasip Şahinə istinadən bildirib ki, artıq aeroporta aparan yollar açılıb, binaya giriş-çıxış bərpa olunub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın