Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İranla “altılar” arasında tarixi razılaşma

İranla “altılar” arasında tarixi razılaşma

Avropalı diplomat da İranın nüvə proqramlarına dair razılaşmanın əldə edildiyini, yaxın vaxtlarda tərəflərin nəticələri elan edəcəyini təsdiq edib.

Məlumatlara görə razılaşma sənədi üzərində danışıqlar iyulun 14-nə keçən gecə başa çatıb. Daha sonra sənədin yekun variantını çapa hazırlamaq üçün ekspertlər işə başlayıb. Gözlənilir ki, saziş İran və “altılar” qrupu ölkələrinin xarici işlər nazirlərinin BMT-nin Vyanadakı mənzil qərargahında Bakı vaxtı ilə saat 12.30-da başlayacaq toplantısında imzalanacaq.

Avropalı diplomatik mənbə bildirib ki, razılaşmaya əsasən Avropa İttifaqı İrana qarşı sanksiyaları sazişin imzalanmasından dərhal sonra ilin sonuna qədər donduracaq. Həmin müddət ərzində sanksiyaların tam ləğv edilməsi üçün qalan məsələlər razılaşdırılacaq.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın