Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / İran pul vahidini dəyişir

İran pul vahidini dəyişir

P5+1 ölkələri ilə razılaşmadan sonra embarqodan xilas olmağa başlayacaq İran, pulundan 4 sıfır atmağı planlaşdırır.
“Marja” xarici mətbuata istinadən xəbər verir ki, həmçinin pul vahidi olaraq riyalı istifadə edən ölkə növbəti mərhələdə bunu tərk edərək dinara keçmək üçün hazırlıq görür.
Dünyada İrandan başqa pul vahidi olaraq rialı istifadə edən ölkə Səudiyyə Ərəbistanıdır. 1 dolların dəyəri bu gün təxminən 3.76 Səudiyyə Ərəbistanı Rialıdı. Digər tərəfdən, 1 dollar 30 min 95 İran Rialına bərabərdir. Dinarı isə Əlcəzair, Bəhreyn, İraq, Küveyt, İordaniya, Liviya, Serbiya və Tunis olmaqla 8 ölkə istifadə edir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın