“Hyundai” tərifini göyə qaldıraraq, reklam etdiyi avtomoboil modellərini satışa çıxarmaqdan yayınır.
Yenicag.az
xəbər verir ki, “Hyundai”ın yerli nümayəndəliyinin saytında güzəştli
şərtlərlə müştərilərə təqdim olunan maşınların heç biri “Hyundai”ın
satış mərkəzlərində tapılmır.
Qarşılığında
isə potensial alıcılar şirkətin daha bahalı modellərini əldə etmək
məcburiyyətində qalırlar. Yəni “Hyundai”ın yerli nümayəndəliyi elektron
satış bazasına daxil etdiyi avtomobilləri müştərilər üçün əlçatmaz
xəyala çevirib.
Bundan
başqa, “Hyundai”ın Azərbaycan nümayəndəliyi güzəştli yay satış
kampaniyasında da müştərilərin cibinə girməkdən çəkinmir. Məsələn,
kampaniya çərçivəsində alıcılara 42 min 300 manata təklif olunan model
reallıqda 45 min 100 manata satılır. Bunun isə alıcıları aldatmaqdan
başqa adı yoxdur.
Maraqlıdır
ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti funksiyasının
əksinə olaraq, “Hyundai”ın müştərilərlə belə yolverilməz davranışına
qarşı qanunun tələbləri əsasında qəti tədbirlər görməyə tələsmir.
Həmçinin oxuyun
Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …