Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Hacı Mazanın son durumu necədir?

Hacı Mazanın son durumu necədir?

Xəbər verdiyimiz kimi, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.

Azinforum.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasından Unikal.org-a bildirilib ki, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:

“Klinikaya daxil olarkən onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı sınıqlar var idi. Həmçinin kəllə-beyin travması almışdı. Xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır idi. Klinikamıza yerləşdirilərkən dərhal cərrahiyə şöbəsində əməliyyata alındı. Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altındadır. Hazırda vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Hələ də reanimasiya şöbəsindədir”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …