Şənbə , Avqust 24 2019
Ana səhifə / İqtisadiyyat / Həmvətənlərimiz Danimarkada toplantı keçiriblər-FOTO

Həmvətənlərimiz Danimarkada toplantı keçiriblər-FOTO

Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılğı ilə Danimarkada “Müstəqil Azərbaycanın güclənməsində dünya azərbaycanlılarının rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Tədbirdə çıxış edən DAA prezidenti Rəşad Quliyev diasporumuzun fəaliyyətindən söz açmış, diaspor qurumlarının Azərbaycanın xarici siyasətindəki yerindən danışmış, eyni zamanda Assambleya haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, minlərlə azərbaycanlının həyatı bahasına əldə etdiyimiz müsəqilliyimizin qorunub saxlanması, dövlətimizin güclənməsi üçün dünya azərbaycanlıları olaraq əlimizdən gələni əsirgəməməliyik.
Daha sonra DAA Danimarka nümayəndəliyinin rəhbəri Kəmalə Maisqızı müstəqillik aktının qəbul olunmasını Azərbaycan tarixi üçün şanlı tarix olduğunu qeyd etmiş, bu müqəddəs dəyərin qorunub saxlanılması üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyini vurğulamşdır.

DAA – nın vitse-prezidenti Aida Məmmədova da müstəqil dövlətimizin daha qüdrətlənməsi naminə diaspor təşkilatlarının həmrəylik nümayiş etdirməli olduqlarını diqqətə çatdırıb.
Tədbirdə Güney Azərbaycandan olan soydaşımız Mehrdad bəyin ifasında “Sarı Gəlin ” , “Yaralıyam” mahnıları dinlənilmişdir.

Həmçinin oxuyun

Bu məhsulların qiymətləri ucuzlaşdı –SİYAHI

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 …

Bir cavab yazın