Ana səhifə / Media / Həkim, müəllim köməyə gəldi, amma yağış imkan vermədi

Həkim, müəllim köməyə gəldi, amma yağış imkan vermədi

Havanıkəskin soyuması və aramsıyağan yağışlar pambıyığımınıyubadır. Yığımıyubanması isə,təbiiki, məhsulun keyfiyyətinə təsirsizötüşməyəcək.

Bəs pambıq istehsalı ilə bağlı proqnozlara əməl etmək mümkün olacaqmı? Pambığın keyfiyyətinin aşağı düşməsindən fermerlərə ziyan dəyəcəkmi?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev virtualaz.org saytına bildirib ki, aramsız yağışlar yığımı yubatsa da, məhsuldarlığa təsir etməyəcək. “Yağış nə məhsuldarlığa, nə də keyfiyyətə təsir etməyib”, – Hacıyev deyib.

İndiyədək 38,5 min ton pambıq yığılıb. Murtuzəli Hacıyev deyib ki, fermerlərdən zərərlə bağlı şikayətlər daxil olmayıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, bu il 100 min ton pambıq istehsal ediləcəyi proqnozlaşdırılıb. Ötən il isə Azərbaycanda cəmi 35 min ton pambıq yığılmışdı. Bu il əkin sahələri də artırılıb. Hazırda 51 min 785 hektar sahədə pambıq əkilib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə havanın kəskin dəyişməsinin həm yığıma, həm də keyfiyyətə təsir edəcəyini düşünür. “Yağışlar pambığın yığım müddətini uzadır. Yığım müddətinin uzadılması isə keyfiyyətə təsir edir. Yetişməyən qozalar tam yetişmir. Bundan başqa, pambıq yağışlı və nəm havada yığılarsa, qısa müddətdə intensiv qurudulmalıdır. Amma emal müəssisələrində buna şərait yoxdur. Pambığın qurudulması uzun müddət uzanırsa, lifin keyfiyyəti pisləşir. Keyfiyyətsiz mahlıcdan keyfiyyətli parça istehsal etmək mümkün olmadığından bu cür pambıq dünya bazarında tələb olunmur”, – V.Məhərrəmov deyir.

İqtisadçı alim Qubad İbadoğlu da yağışın pambığa vurduğu zərərdən danışıb: “Yağış dəymiş, nəm çəkmiş pambıq həm keyfiyyət, həm də qiymət rəqabətində uduzur. Sovetlər dönəmində pambıq yığımı oktyabradək yekunlaşırdı. Pambığın vaxtında yığılması üçün əmək və texniki resurslar çatışmır. İkincisi, bır sıra rayonlarda pambıq vaxtında – apreldə  deyil, mayda  əkildiyindən hələ də qozalar açılmayıb”.

Qeyd edək ki, rayonlarda həkim, müəllim və digər peşə sahiblərinin pambıq yığımına cəlb edilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirə olunmuşdu. Rayon icra hakimiyyətləri isə yığımın yubanmaması üçün fermerlərə yardım edildiyini təsdiqləmişdi.

Onu da xatırladaq ki, bu il pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini artırıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın