Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / Həkimlər uşağın başını bədənindən ayırdılar

Həkimlər uşağın başını bədənindən ayırdılar

Hindistanda doğuş zamanı faciə baş verib. Doğum evinə gətirilən qadın həkimlərin səriştəsizliyi ucbatından vəfat edib. Belə ki, həkimlər doğum zamanı uşağın bədənini başından ayırıblar.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər ölmüş qız uşağının başını qadının uşaqlığından çıxarmaq əvəzinə onu digər bir xəstəxanaya yollayıblar. Digər xəstəxanada uşağın başı qadının bətnindən çıxarılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb.

 

“Hər şey həkimlərin səhvi ucbatından baş verib. Onlar sadəcə olaraq məsuliyyətdən yayınmaq istəyiblər”, – Getanın 40 yaşlı əri deyib.

 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb və doğuşda iştirak edən həkimlərin kimliyi araşdırılır.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …

Bir cavab yazın