Ana səhifə / İqtisadiyyat / General 750 manat maaşla komitəyə işə qayıtdı – 8600 manat təqaüd almaq şərti ilə…

General 750 manat maaşla komitəyə işə qayıtdı – 8600 manat təqaüd almaq şərti ilə…

General-mayor Güloğlan Muradlının “təcrübəsini bölüşmək üçün” Dövlət Gömrük Komitəsində (DGK) yenidən fəaliyyətə başladığı deyilir. 
Qaynarinfo-nun məlumatına görə, təqaüdü 8600 manat olan Güloğlan Muradlı işsiz qala bilmədiyi üçün öz xahişi ilə komitədə aylıq maaşı 750 manat olan inspektor vəzifəsində işə götürülüb. 
O, bu işdə təcrübəsini komitənin yeni təyin olunan yüksək vəzifəli şəxsləri ilə də bölüşür. 

Qeyd edək ki, ötən ilin may ayında komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə, son yaş həddi ilə əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, general-mayor Güloğlan Muradlı təqaüdə göndərilib.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …