Ana səhifə / Siyasət / “Bu da olar bizim Rusiyaya kompensasiyamız”

“Bu da olar bizim Rusiyaya kompensasiyamız”

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzanlanmalıdır, bunun üçün tarixi şərait yetişib, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, “qondarma rejim” yox olub, “liderləri” həbs edilib – 35 illik münaqişənin bundan yaxşı bitməsini heç təsəvvür də edə bilməzdik”.
Bunu REAL partiyasının icra katibi Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
Cəfərli bildirib ki, Prezident İlham Əliyev bir neçə dəfə Ermənistanın ərazi bütövlüyünü tanıdığımızı bəyan edib:
 “Azərbaycan və Türkiyə Qranada görüşünə haqlı səbəblərlə getmədilər, ola bilər ki, Rusiya hər hansı bir sənədin imzalanmasını özünün iştirakı ilə olmasını istəyib, 13 oktyabrda Bişkekdə MDB sammitidir, Putin ora gələcək. Əgər Paşinyan da gəlsə, sülh sənədinın ilk addımı orda imzalana bilər – bu da olar bizim son hadisələrdə Rusiyanı urvatsız etdiyimizin, bölgədən çıxarılmasının təməlini yaratdığımızın kompensasiyası, olsun, bizim üçün nə fərqi var sənəd harda imzalanacaq?! Heç anqlo-sakslar üçün də bunun fərqi yoxdur, onların da sevmədiyi iki fransız, Makron və Mişelin iştirakı ilə imzalanma olmaqdansa (ABŞ və Britaniya bu formatda yoxdur) elə Bişkekdə imza atılsa yaxşıdır, onlara Azərbaycan və Ermənistan arasında qalıcı sülh lazımdır ki, əsas məsələ – İran məsələsi həll olunanda bu iş əl-ayağa dolaşmasın”.

Həmçinin oxuyun

Fərəc Quliyev: “Partiyam seçkilərə qatılacaq, özüm isə…”

Milli Dirçəliş Hərəkatı Partiyası da parlament seçkilərində iştirak edəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri …