Cümə , Yanvar 22 2021
Ana səhifə / İqtisadiyyat / Fransada 9 min gənc potensial terrorçu olduğu ehtimal edilir

Fransada 9 min gənc potensial terrorçu olduğu ehtimal edilir

Fransa polisi 9 mindən çox gənci onların radikal hərəkatların tərəfdarı ola biləciyini ciddiyə alaraq, nəzarət altına alıb. Musavat.com-un məlumatına görə, bu barədə “Sputnik” agentliyinə fransız deputat, sosial şəbəkələrin monitorinqi üzrə Komitənin həmsədri Natali Quli bildirib.
“Radikallaşma həddində olan gənc adamlar Fransada nəzarət altındadır. Onların sayı 9 mindən artıqdır. Özü də bu gənclərin yarıdan çoxu öz dinini dəyişib – xristianlıqdan islama keçib” – Quli qeyd edib.
Onun sözlərinə görə, gənclərin terrorçuların sırasına cəlb olunmasının qarşısını almağa yönəlik səylər orta məktəbdən başlanmalıdır. “Fransada gənc insanların de-radikallaşması – uzun, çox uzun işdir və bir saatın içində onu görmək mümkünsüzdür” – komitə həmsədri  əlavə edib.
Bundan öncə xəbər verilmişdi ki, Fransa Suriyaya gedən radikal ovqatlı vətəndaşların sayına görə Avropa Birliyi ölkələri arasında liderlik edir. 2014-cü ilin sentyabrından bu yana onların sayı 1200-ü keçib.

Həmçinin oxuyun

ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ AÇIQLANDI

Azərbaycanda ötən il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.Bunu …

Bir cavab yazın