Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Fransa xarici işlər naziri: “Çevriliş iştirakçılarının cəzalandırılması avtoritar rejimə gətirib çıxarmamalıdır”

Fransa xarici işlər naziri: “Çevriliş iştirakçılarının cəzalandırılması avtoritar rejimə gətirib çıxarmamalıdır”

“Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən şəxslərin cəzası qanun çərçivəsində aparılmalı və ölkədə avtoritar hakimiyyətin möhkəmlənməsinə gətirib çıxarmamalıdır”.

Strateq.az bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Mark Eyro deyib.

Avropa Birliyi ölkələrinin XİN rəhbərləri ilə görüşündən əvvəl mediaya açıqlama verən nazir deyib ki, Fransa çevriliş cəhdini pisləyib.

“Amma eyni zamanda biz ayıq olmalıyıq ki, türk hakimiyyəti demokratiyadan üz döndərən bir siyasi sistem yaratmasın. Türkiyə son illərdə islahatlar apararaq əhəmiyyətli inkişafa nail olub. Demokratiyadan geri çəkilmək təhlükəsi yaranıb. Biz ayıq-sayıq olacağıq və xatırladırıq ki, qanunun aliliyinə riayət edilməlidir. Əlbəttə, əgər insanlar hüquqi dövlətə zərər vurublarsa ədalət məhkəməsinə çıxarılmalıdırlar. Ancaq avtoritar hakimiyyətə aparan belə yollarla yox…”

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın