Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Fransa: II Dünya Müharibəsinə dair sənədlər açıq elan edilib

Fransa: II Dünya Müharibəsinə dair sənədlər açıq elan edilib

Fransa II Dünya Müharibəsi zamanı Nazilərin zəbtetmə planlarında iştirak etmiş Vichy rejiiminin polis və nazirlik sənədlərini açır.

Bazar ertəsi 200 minə yaxın sənəd ictimaiyətə açıq elan edilib.

Onlar 1940-44-cü illər Marşal Philippe Petain rejiminə aiddir.

Müharibə dövründə Vichy rejimi 76 min yəhudinin Fransadan deportasiya edilməsində Nazi Almaniyasına yardım edib.

Image copyrightAFP
Image captionVichy dövründə yəhudilər deportasiya edilir

Fransa, həmçinin post-liberallaşma dövrünün müvəqqəti hökümətinə dair sənədləri də açıb.

Fransa liberallaşma höküməti Nazi Almaniyasına qalib gəldikdən sonra müharibə cinayətlərinə dair təhqiqatlar aparıb.

Bundan əvvəl, yalnız araşdırmaçılar və jurnalistlər xüsusi icazə ilə arxivlərə baxa bilərdi.

Lakin qanuna görə, belə sənədlər 75 il sonra ictimailəşir – buna görə də indi 1940-cı il sənədləri ictimai istifadəyə verilib. BBC

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın