Fransa II Dünya Müharibəsi zamanı Nazilərin zəbtetmə planlarında iştirak etmiş Vichy rejiiminin polis və nazirlik sənədlərini açır.
Bazar ertəsi 200 minə yaxın sənəd ictimaiyətə açıq elan edilib.
Onlar 1940-44-cü illər Marşal Philippe Petain rejiminə aiddir.
Müharibə dövründə Vichy rejimi 76 min yəhudinin Fransadan deportasiya edilməsində Nazi Almaniyasına yardım edib.
Fransa, həmçinin post-liberallaşma dövrünün müvəqqəti hökümətinə dair sənədləri də açıb.
Fransa liberallaşma höküməti Nazi Almaniyasına qalib gəldikdən sonra müharibə cinayətlərinə dair təhqiqatlar aparıb.
Bundan əvvəl, yalnız araşdırmaçılar və jurnalistlər xüsusi icazə ilə arxivlərə baxa bilərdi.
Lakin qanuna görə, belə sənədlər 75 il sonra ictimailəşir – buna görə də indi 1940-cı il sənədləri ictimai istifadəyə verilib. BBC