Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Estoniya prezidenti ona xəyanət edən arvadını boşayır

Estoniya prezidenti ona xəyanət edən arvadını boşayır

Estoniya prezidenti Tomas Hendrik İlves xanımı Evelinlə boşanır.

Virtualaz.org saytı eston KİV-lərinə istinadən xəbər verir ki, prezident boşanma qərarını Evelinin ona xəyanət etdiyinə dair videogörüntülərin KİV-lərdə yayılmasından səkkiz ay sonra verir.

Prezident və keçmiş xanımı bildiriblər ki, boşanma onların şəxsi işidir və jurnalistlər bu məsələyə anlayışla yanaşsınlar.

Boşanma haqda qərar aprelin 30-da qüvvəyə minəcək. Bu tarixdən sonra Evelin Estoniyanın birinci xanımı və prezident ailəsinin digər üzvləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcək.

Estoniyanın Vilyandsk qəzasında yerləşən mülk də prezidentin sərəncamında qalacaq. Evelin İlvesin bu mülkün təmirinə xərclədiyi vəsaitin ona qaytarılması razılaşdırılıb.

Tomas Hendrik İlves və Evelin İlves 2004-cü ildə evləniblər. Rəsmi nikaha girməzdən əvvəl onların bir qızı dünyaya gəlib. Bu, Estoniya prezidentinin ikinci evliliyidir.

Ötən ilin avqustunda Estoniya mətbuatı Evelin İlvesin gecə Tallindəki restoranların birində gənc oğlanla qucaqlaşaraq rəqs etdiyini, daha sonra onunla birlikdə avtomobilə minərək getdiklərini əks etdirən görüntüləri yayıb.

Bu qalmaqaldan sonra birinci xanım bir müddət ölkəni tərk edib, prezident İlves isə qalmaqalı şərh etməyib.

 

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …

Bir cavab yazın