Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistan casusları deşifrə edildi

Ermənistan casusları deşifrə edildi

Anti-Armenia Team haker qrupu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasına müdaxilə edərək böyük həcmdə məxfi informasiya ələ keçirdiyini bildirir.

Belə ki, haker qrupu informasiyaların bir qismini sosial şəbəkələrdəki hesabından yayıb. Bunların arasında Ermənistan xüsusi xidmət orqanlarının Türkiyədəki agentlərinin pasport məlumatları da yer alır.

Casuslardan biri Hazal l.-nın Türkiyənin nüfuzlu universitetlərindən birində oxuduğu və Ermənistan kəşfiyyatına Türkiyədə baş verənlər haqda informasiyalar ötürdüyü bildirilir. Habelə Ermənistana işləyən casusların kürd partiyası HDP-nin mitinqlərində çəkilmiş fotoları da Milli Təhlükəsizlik Xidmətinin məlumat bazasından çıxıb. Hakerlər Ermənistan kəşfiyyatının Türkiyədəki onlarla agentinin barəsində məlumatları ələ keçirdiyini bildirir.

Virtualaz.org

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın