Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ermənistanın sabiq maliyyə naziri milyardları götürüb ölkədən qaçdı

Ermənistanın sabiq maliyyə naziri milyardları götürüb ölkədən qaçdı

Virtualaz.org saytının xüsusi müxbirinin verdiyi xəbərə görə, Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçatryan bu günlərdə özü ilə bir neçə milyard dram götürərərk ölkəni tərk edib.
Ermənistan KİV yazır ki, hələ Q.Xaçatryanın istefasından öncə vergi yoxlamaları zamanı məlum olub ki, Dilicandakı Maliyyə Nazirliyinin tədris binasının tikintisi zamanı 6 milyard dram (təxminən 12 milyon dollar) dövlət büdcəsindən oğurlanıb. Bundan sonra vergi xidməti nazirdən itkiləri kompensasiya etməyi tələb etmişdi. İndi isə sabiq maliyyə nazirinin Ermənistanı tərk etməsi məlum olub.
Xatırladaq ki, bir neçə ay öncə Q.Xaçatryanın daha bir korrupsiya qalmaqalında adı hallanıb. Belə ki, onun övladlarının ABŞ-da 15 milyon dollardan yuxarı mülkləri olduğu aşkarlanıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın